Ukrayna münaqişəsinin həlli məsələsində “böyük nəyəsə arxalanmaq” yox, faktlara inanmaq lazımdır...
Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Bu vəziyyətdə böyük bir şeyə arxalanmağa ehtiyac yoxdur, biz faktlara inanmalıyıq", Lukaşenko deyib.
Lukaşenko geosiyasi vəziyyətdə bəzi müsbət tendensiyalara diqqət çəkib. Bildirib ki, onlar hazırda “qlobal tendensiyalara çevrilməyib.
Lukaşenko ilə danışıqlardan sonra Putin bildirib ki, Rusiya ABŞ-nin Ukraynada 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Lakin bu qərar, Rusiya liderinin fikrincə, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.
Putin atəşkəs rejiminin tətbiqi zamanı ortaya çıxan bir sıra sualları da səsləndirib. Xüsusilə, Ukrayna qoşunları tərəfindən işğal edilmiş Kursk vilayətinin ərazisi ilə nə edəcəyi qeyri-müəyyən olaraq qalır.
Poliqon.info