AZ

Ruslar Ukrayna ordusunun biləyini bükdü -

Rusiya ordusu Kursk vilayətində Ukrayna ordusunun nəzarətindəki ən böyük şəhər olan Sucanın geri alıb. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, Şimal qrupunun hərbi birləşmələri bölgədəki ən böyük şəhər olan Sucanı, eləcə də Melovoy və Podol yaşayış məntəqələrini Ukrayna ordusundan geri alıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Kurska hücumundan sonra ilk dəfə bölgəyə səfər etmişdi. Putin hərbi geyimdə Kursk vilayətindəki komanda mərkəzinə baş çəkib və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovdan bölgədəki vəziyyətlə bağlı brifinq alıb. Putin bildirib ki, Kursk bölgəsi tamamilə azad edilməli və dövlət sərhədi bərpa edilməlidir.

Seçilən
11
16
metbuat.az

10Mənbələr