AZ

Tramp Kim Çenlə də dialoq istəyir: Yaxşı münasibətimiz var!

ABŞ Prezidenti Donald Tramp KXDR ilə dialoqu bərpa etmək istədiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

“Əgər mən seçilməsəydim, Hillari Klinton (2016-cı ildə) prezident seçilsəydi, Şimali Koreya ilə nüvə müharibəsi aparacaqdınız”, – Tramp deyib.

Tramp əlavə edib ki, o və Koreya lideri artıq Sinqapur və Vyetnamda görüşüblər:

“Biz yaxşı şəxsi münasibətlər qurduq. Pxenyanla dialoqu davam etdirmək istəyirəm”.

Qeyd edək ki, Tramp İranın dini lideri Xameneiyə də nüvə danışıqlarına dəvət məktubu göndərib.

Seçilən
8
axar.az

1Mənbələr