AZ

Bu ölkə Rusiyanın milyardlarla dollarını UKRAYNAYA KÖÇÜRDÜ

Kanada Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (G7 ERA) təcili kredit proqramı çərçivəsində dondurulmuş Rusiya aktivlərindən Ukraynaya təxminən 1,7 milyard dollar köçürüb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal şəxsi "Telegram" kanalında məlumat verib.

"Ukrayna G7 ERA təşəbbüsü çərçivəsində 2,5 milyard Kanada dolları (təxminən 1,7 milyard dollar) alıb", - o qeyd edib.

Şmihalın sözlərinə görə, bu pullar dövlət büdcəsinin prioritet ehtiyaclarına yönəldiləcək. Ukraynanın baş naziri əlavə edib ki, bu, Kanadadan G7 ERA proqramına ümumilikdə 5 milyard Kanada dolları (təxminən 3,5 milyard dollar) ayıran ilk tranşdır.

Seçilən
3
2
publika.az

3Mənbələr