AZ

Putin Səudiyyə Ərəbistanı şahzadəsinə zəng edib

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya prezidenti Səudiyyə Ərəbistanının rəhbərliyini və xalqını müsəlmanlar üçün müqəddəs Ramazan ayı münasibətilə təbrik edib və Kral Salman bin Əbdüləziz Əl Səuda xoş arzularını çatdırıb”, - deyə məlumatda bildirilir.

Kremldən qeyd olunub ki, hər iki tərəf Rusiya-Səudiyyə əməkdaşlığının yüksək səviyyəsini məmnunluqla qeyd edib və onun dostluq və konstruktiv şəkildə daha da inkişafına sadiq olduqlarını təsdiqləyiblər.

"OPEC+ çərçivəsində Rusiya-Səudiyyə əməkdaşlığının aktual məsələləri müzakirə edilib. Qlobal neft bazarının sabitliyinin təmin edilməsi, həm xammal istehsalçılarının, həm də istehlakçılarının maraqlarına uyğun tələb və təklif arasında tarazlığın qorunması üçün bu unikal formatın əhəmiyyəti vurğulanıb", - məlumatda deyilir.

Vurğulanıb ki, telefon danışığında Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ çərçivəsində götürdükləri öhdəliklərə əməl etməyin vacibliyi vurğulanıb.

Bundan əlavə, vəliəhd Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşmasına yardım etməyə davam etməyə hazır olduğunu bildirib.

Seçilən
14
operativmm.az

1Mənbələr