AZ

Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış edəcək

Bakı. Trend:

Filippinin keçmiş prezidenti Rodriqo Duterte, ilk dəfə olaraqmartın 13-də Bakı vaxtı ilə saat 17:00-da Beynəlxalq CinayətMəhkəməsi (BCM) qarşısında çıxış edəcək.

Trend xəbər verirki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl məhkəmə Duterte'nin nəzarətə götürüldüyünü və bütüntibbi müayinələrdən keçdikdən sonra Haaqa həbsxana kompleksinəaparıldığını bildirmişdi.

Keçmiş prezident, bəşəriyyətə qarşı cinayətlərdə şübhəlibilinərək, 12 mart tarixində Hollandiyaya gəlib. BCM-nin iddiasınagörə, Duterte, 2016-2022-ci illərdə Filippində narkotiklərləmübarizə adı altında həyata keçirilən qətllərə "fərdi olaraqcavabdehdir və dolayısı ilə iştirakçıdır".

BCM Prokurorluq İdarəsi 2021-ci ilin 15 sentyabr tarixindəFilippindəki vəziyyətlə bağlı tam təhqiqat başlatmışdır.

Seçilən
28
az.trend.az

1Mənbələr