AZ

“Gucci”nin kreativ direktoru oldu


Gürcü dizayner Demna Qvasaliya İtaliyanın “Gucci” moda evinin yeni kreativ direktoru təyin olunub.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, o, bu ilin iyul ayının əvvəllərindən etibarən vəzifəsini yerinə yetirməyə başlayacaq.

Demnaya qədər “Gucci”nin kreativ direktoru italiyalı Sabato de Sarno olub. Onun səlahiyyət müddəti bu ilin fevralın 6-da başa çatıb.

Gürcü dizaynerin qarşısında İtaliyanın dəb nəhənginin nüfuzunu təsdiqlətmək və brendə olan marağı yenidən yaratmaqdır.

Qeyd edək ki, əslən Suxumidən olan 43 yaşlı Demna 2015-ci ildən “Balenciaga” moda evinin kreativ direktoru vəzifəsini tutub.


Seçilən
12
1
news24.az

2Mənbələr