AZ

"Barselona" Martinezlə müqaviləni uzadıb

Müdafiəçi İniqo Martinez "Barselona" ilə müqaviləsinin müddətini uzadıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 33 yaşlı Martinez 2026-cı ilin ortalarına qədər "Blauqrana"da qalacaq.

İniqo Martinez 2023-cü ilin yayından "Barselona"da çıxış edir.

Bu müddət ərzində futbolçu 58 rəsmi oyun keçirib.

 

Seçilən
19
operativmm.az

1Mənbələr