AZ

Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, cavab görüşlərinin hamısı eyni gündə baş tutub.

İtaliya təmsilçisi “Fiorentina” evdə “Panatinaikos”la qarşılaşıb. Səfərdə məğlub olmuş Florensiya klubu doğma meydandakı inamlı qələbə sayəsində 1/4 finala yüksəlib.

İngiltərənin “Çelsi” komandası isə doğma meydanda “Kopenhagen”lə üz-üzə gəlib və növbəti qələbə sayəsində sürprizə imkan verməyib.

“Betis” səfərdə “Vitoriya”nın qonağı olub. Darmadağınla qalib gəlmiş ispanlar növbəti mərhələyə yüksəliblər.

“Yagelloniya” “Brügge”yə səfərdə uduzsa da, ilk oyundakı darmadağın sayəsində 1/4 finala çıxıb. “Çelye” isə gecənin ən bol qollu matçında “Luqano”nu penaltilər seriyasında üstələyib.

“Rapid” “Borats”ı, “Yurqorden” “Pafos”u, “Legiya” da “Molde”ni mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə 17-də keçiriləcək.

Avropa Konfrans Liqası
1/8 finalın cavab görüşləri
13 mart

“Brügge” (Belçika) – “Yagelloniya” (Polşa) 2:0
Qollar: Van der Brüggen, 88. Felipe Auqusto, 50.
İlk oyun – 0:3.

“Luqano” (İsveçrə) – “Çelye” (Sloveniya) 5:4 (penaltilər 1:3)
Qollar: Belhad, 21. Kutsias, 42; 80. Dos Santos, 44. Dumbiya, 118 – Şeslar, 40. Svetlin, 68. Kuçis, 90+5-pen. Nieto, 97.
İlk oyun – 0:1.

“Rapid” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina) 2:1
Qollar: Belyo, 70. Şaub, 96 – Oqrineç, 66.
İlk oyun – 1:1.

“Yurqorden” (İsveç) – “Pafos” (Kipr) 3:0
Qollar: Fallenius, 35. Stensson, 69. Nquen, 86.
İlk oyun – 0:1.

“Vitoriya” (Portuqaliya) – “Betis” (İspaniya) 0:4
Qollar: Bakambu, 5; 20. Antoni, 58. İsko, 80.
İlk oyun – 2:2.

“Fiorentina” (İtaliya) – “Panatinaikos” (Yunanıstan) 3:1
Qollar: Mandraqora, 12. Qudmundsson, 24. M.Kin, 75 – İoannidis, 81-pen.
İlk oyun – 2:3.

“Legiya” (Polşa) – “Molde” (Norveç) 2:0
Qollar: Morişita, 34. Qual, 108.
İlk oyun – 2:3

“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0
Qol: Dyusberi-Holl, 55.
İlk oyun – 2:1.

Seçilən
55
2
arena.az

2Mənbələr