PSJ-nin qapıçısı Canluici Donnarumma Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Sportinfo.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı qolkiper 1/8 final mərhələsinin “Liverpul”a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin 1/4 finala yüksəlməsində pay sahibi olub.
Mükafata həmçinin Harri Keyn (“Bayern”, Almaniya), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya”, Almaniya) namizəd idi.