AZ

Emin Mahmudovla Abbas Hüseynov niyə çağrılmadı?

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov və “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun Azərbaycan millisinə çağırılmamalarının səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Fernandu Santuş açıqlayıb.

Portuqaliyalı mütəxəssis Haiti və Belarusla görüşlərdə onlara güvənə bilməməsinin səbəbinə aydınlıq gətirib. Hər iki oyunçu zədə üzündən qarşıdakı matçlara çağırılmayıb.

Millimiz martın 22—də Haiti, üç gün sonra Belarusla görüşəcək.

Seçilən
32
sportinfo.az

1Mənbələr