UEFA Avropa Liqasının 1/4 final mərhələsinin qalan 4 iştirakçısı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, gecənin ən dramatik oyunu Şotlandiyada baş tutub. 

Yerli "Reyncers" "Fənərbağça" ilə görüşdə böyük çətinliklə üz-üzə qalıb. Bir həftə öncə İstanbuldan qalibiyyətlə qayıtmasına baxmayaraq, şotlandlar İstanbul klubunun geridönüşünə mane ola bilməyiblər. Cütün taleyini isə penaltilər seriyası həll edib. Joze Mourinyonun yetirmələri həlledici məqamda qeyri-dəqiq zərbələr endirərək, məğlubiyyət acısı dadıblar.

Qeyd edək ki, gecənin ilk 4 oyununda "Ayntraxt", "Latsio", "Atletik Bilbao" və "Bodo/Qlimt" 1/4 finala yüksəlmişdi.

“Reyncers” (Şotlandiya) - “Fənərbağça” (Türkiyə) 0:2 (əsas vaxt 0:2; əlavə vaxt 0:0, pen.)

İlk oyun - 3:1.

“Tottenhem” (İngiltərə) - "AZ Alkmaar" (Niderland) 3:1

İlk oyun - 0:1

“Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) 4:1

İlk oyun - 1:1

“Lion” (Fransa) - FCSB (Rumıniya) 4::0

İlk oyun - 3:1.