AZ

UEFA Avropa Liqası: “Fənərbağça” penaltilər seriyasında bəxtsizliklə üzləşdi

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulub.

Heftelik.az-ın məlumatına görə, “Fənərbağça” səfərdə “Reyncers”in qonağı olub.

Oyunun əsas hissəsi İstanbul təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. İlk oyun 3:1 hesabı ilə “Reyncers”in qəlləbəsiylə başa çatdığına görə oyunda əlavə hissələr oynanıb. Əlavə hissələrdə hesab açılmadığı üçün oyunun teleyini penaltilər həll edib. Penaltilər seriyasında isə “Reyncers” üstün olub.

“Mançester Yunayted” evdə “Real Sosyedad”la, “Atletik” isə “Roma” ilə üz-üzə gəlib.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

13 mart

“Latsio” (İtaliya) – “Viktoriya” (Çexiya) 1:1

İlk oyun – 2:1.

“Olimpiakos” (Yunanıstan) – “Budyo Qlimt” (Norveç) 2:1

İlk oyun – 0:3.

“Ayntraxt” (Almaniya) – “Ayaks” (Niderland) 4:1

İlk oyun – 2:1.

“Atletik” (İspaniya) – “Roma” (İtaliya) 3:1

İlk oyun – 1:2

“Tottenhem” (İngiltərə) – AZ (Niderland) 3:1

İlk oyun – 0:1.

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 4:1

İlk oyun – 1:1.

“Lion” (Fransa) – FKSB (Rumıniya) 4:0

İlk oyun – 3:1.

“Reyncers” (Şotlandiya) – “Fənərbağça” (Türkiyə) 0:2 (pen. 3:2)

İlk oyun – 3:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə 17-də keçiriləcək.

Seçilən
36
2
heftelik.az

10Mənbələr