Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, cavab qarşılaşmalarının hamısı eyni gündə baş tutub.
“Fənərbağça” səfərdə “Reyncers”lə qarşılaşıb. İlk oyunda uduzmuş Türkiyə klubu səfərdə bu rəqibini əsas vaxtda 2 cavabsız qolla üstələyib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Reyncers” “Fənərbaxça”nı 1/4 finala buraxmayıb.
Digər cütlərdə “Mançester Yunayted”, “Atletik”, “Latsio”, “Bodo Qlimt”, “Ayntraxt”, “Tottenhem” və Lion “Olimpik”i də növbəti mərhələyə adlayıb.
Avropa Liqası
1/8 finalın cavab oyunları
13 mart
“Latsio” (İtaliya) - “Viktoriya” (Plzen, Çexiya) 1:1
Qollar: Romanyoli, 77 – Şults, 52.
İlk oyun - 2:1.
“Olimpiakos” (Yunanıstan) - “Bodo Qlimt” (Norveç) 2:1
Qollar: Yaremçuk, 53; 65 – Hoq, 36.
İlk oyun - 0:3.
“Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland) 4:1
Qollar: Bahoya, 7. Götse, 25; 82. Ekitike, 67 – K.Teylor, 78.
İlk oyun - 2:1.
“Atletik” (Bilbao, İspaniya) - “Roma” (İtaliya) 3:1
Qollar: N.Uilyams, 45+3; 82. Berçiçe, 68 – Paredes, 90+3-pen.
İlk oyun - 1:2
“Tottenhem” (İngiltərə) - “Alkmaar” (Niderland) 3:1
Qollar: Odober, 26; 74. Meddison, 48 – Kopmeyners, 63.
İlk oyun - 0:1.
“Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) 4:1
Qollar: B.Fernandes, 16-pen; 50-pen; 87. Dalo, 90+1 – Oyarzabal, 10-pen.
İlk oyun - 1:1.
“Olimpik” (Lion, Fransa) – “Styaua” (Rumıniya) 4:0
Qollar: Mikautadze, 14; 47. Nuama, 37; 88.
İlk oyun - 3:1.
“Reyncers” (Şotlandiya) - “Fənərbağça” (Türkiyə) 0:2 (penaltilər 3:2)
Qollar: Şimanski, 45; 73.
İlk oyun – 3:1.