UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, “Fənərbaxça” səfərdə “Reyncers”in qonağı olub.
“Mançester Yunayted” evdə “Real Sosyedad”la, “Atletik” isə “Roma” ilə üz-üzə gəlib.
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
13 mart
“Latsio” (İtaliya) – “Viktoriya” (Çexiya) 1:1 (İlk oyun - 2:1
“Reyncers” (Şotlandiya) - “Fənərbaxça” (Türkiyə) 0:2 (pen. 3:2) (İlk oyun - 3:1)
“Olimpiakos” (Yunanıstan) - “Budyo Qlimt” (Norveç) 2:1 (İlk oyun - 0:3)
“Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland) 4:1 (İlk oyun - 2:1)
“Atletik” (İspaniya) - “Roma” (İtaliya) 3:1 (İlk oyun - 1:2)
“Tottenhem” (İngiltərə) - AZ (Niderland) 3:1 (İlk oyun - 0:1)
“Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) 4:1 (İlk oyun - 1:1
“Lion” (Fransa) - FKSB (Rumıniya) 4:0 (İlk oyun - 3:1)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə 17-də keçiriləcək.