AZ

Yerə ən yaxın ulduzun ətrafında 4 yeni planet kəşf edildi

Elm adamları Yerə ən yaxın tək ulduz olan Barnard ulduzu ətrafında 4 yeni planet kəşf ediblər. Metbuat.az xəbər verir ki, yeni kəşf edilən bu planetlərin hamısı Yerdən kiçik olması ilə diqqət çəkir. Məlumata görə, Barnard ulduzunun ətrafında 1 planetin olduğu barədə əvvəllər də fikirlər irəli sürülmüşdü. Araşdırmalar zamanı ulduzun ətrafında daha 3 planetin olduğu müəyyən edilib. Bildirilir ki, Barnard ulduzu təkcə Yerə yaxınlığı ilə deyil, həm də qalaktikada ən çox yayılmış ulduz növü olan qırmızı cırtdan olması ilə alimlərin diqqətini çəkir. Elm adamları tək ulduz sistemlərinin və cırtdanların orbitində fırlanan planetlərin yaşayış üçün yararlı olub-olmadığı barədə müşahidələrini davam etdirir.

Qeyd edək ki, bu günə qədər qalaktikada təxminən 6000 ekzoplanet kəşf edilib. Ekzoplanetləri birbaşa müşahidə etmək mümkün deyil, çünki onlar orbitdə fırlanan ulduzlardan çox kiçik və sönükdürlər. Elm adamları planetlərin ulduzlarına təsirini öyrənərək onların mövcudluğunu müəyyənləşdirirlər.

Seçilən
6
2
metbuat.az

3Mənbələr