Azərbaycanın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna yığmasında gəncləşdirmə siyasəti aparılacaq.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Sergey Rebrov sentyabrda startı veriləcək rəsmi matçlar öncəsi bir neçə debütantı sınaqdan keçirməyi planlaşdırır.
Çalışdırıcı artıq bir neçə oyunçunu heyətə cəlb etməyi planlaşdırır.
Rebrov konkret olaraq “Los Anceles”in 21 yaşlı müdafiəçisi Artyom Smolyakov, “Polesye”nin 22 yaşlı arxa xətt oyunçusu Boris Kruşinski, Kiyev “Dinamo”sunun 23 yaşlı yarımmüdafiəçisi Nikolay Mixaylenko, Donetsk “Şaxtyor”unun 23 yaşlı orta sahə oyunçusu Artyom Bondarenko və “Brentford”un 21 yaşlı yarımmüdafiəçisi Yeqor Yarmolyuku qarşıdakı toplanışlara çağırmaq niyyətindədir.
Adları sadalanan futbolçuların, xüsusən də, sentyabrdan etibarən əsas milliyə müntəzəm çağırılması nəzərdə tutulur.
Ukrayna sentyabrın 9-da seçmə mərhələnin II turunda Azərbaycan millisinin qonağı olacaq.