AZ

Türkiyəli məşhur müğənninin vəziyyəti kəskin pisləşdi

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan məşhur türkiyəli müğənni Tanyelinin səhhəti pisləşib.

"Ölkə.az"ın "Haber Global"a istinadən verdiyi xəbərə görə, o, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.

Qeyd edək ki, Tanyeli son dəfə fevralın 27-də sosial media hesabında paylaşım edib:

"Məni düşünənlər... Narahat olmusunuz, bunu başa düşürəm və bu mənim üçün yükdür. Xəstəxanadayam, Allah qismət etsə, bu gün - sabah evə buraxılacağam, inşallah. Adətən müalicə üçün qəbul etdiyim dərmanlar yuxu gətirir və mən yatıram, mesajlara cavab verə bilmirəm. Haqqınızı halal edin. Ağrılarım çoxdur və hər kəsə ayrı-ayrılıqda yazmağa, danışmağa gücüm çatmır. Allaha əmanət olun, mənə ən gözəl hədiyyə dualarınızdır", - deyə o paylaşımında bildirmişdi.

Hazırda Tanyelinin müalicəsi davam edir. Ailəsi, yaxınları və sevənləri onun sağalması üçün dua edirlər.

Seçilən
26
1
olke.az

2Mənbələr