Bakı. Trend:
Braziliya hökuməti BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30)Dövlət Başçıları Sammitinin tarixini erkən təyin etmək qərarınagəlib.
Trend xəbər verirki, bu barədə Braziliya Prezident Administrasiyası məlumatyayıb.
Bildirilib ki, sammit 2025-ci il noyabrın 6-7-də Para ştatınınpaytaxtı Belemdə baş tutacaq.
Qərarın əsas məqsədi açılış mərasiminin daha rahat və təşkilatibaxımdan səmərəli keçirilməsini təmin etməkdir.
"Sammit COP-un rəsmi tədbirlərindən biridir və onun erkənkeçirilməsi qərarı Braziliya tərəfindən qəbul edilib. Bu dəyişiklikbizə daha dərin müzakirələr aparmaq üçün əlavə vaxt qazandıracaq,eyni zamanda hotellər və şəhər üzərində təzyiqləri azaldaraqtədbirin rəsmi açılışını daha yaxşı təşkil etməyə imkan verəcək", –məlumatda qeyd olunub.
Qeyd edək ki, sammit 10-21 noyabr tarixlərində keçiriləcəkCOP30-un rəsmi tədbirlərindən biri olacaq və Braziliyanı iqlimdəyişikliyi ilə bağlı qlobal müzakirələrin mərkəzinə çevirəcək.