AZ

Erməni rejissor Rusiyadan qovulacaq

"Rusiya veteranları" Ümumrusiya ictimai hərəkatı rejissor Sarik Andreasyanın Rusiya vətəndaşlığını almasının qanuniliyinin yoxlanılması xahişi ilə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edib.

"Biz Baş Prokurorluqdan vətəndaşlığın alınmasının qanuniliyi ilə bağlı araşdırma aparmasını, qanun pozuntuları aşkar edilərsə, onun ləğv edilməsini və deportasiya məsələsinə baxılmasını xahiş edirik", - deyə fəalların müraciətində qeyd olunub.

Demokratikmusavat.comxəbər verir ki, bundan əlavə, fəallar Andreasyanın bəyanatlarının Rusiya qanunvericiliyini pozub-pozmadığının yoxlanılmasını və onun ölkədəki mədəni fəaliyyətinin qadağan edilməsini istəyiblər.

Hərəkatın tələbləri Andreasyanın Moskva kino kollecində tələbələrlə mübahisə zamanı Andrey Tarkovskinin yaradıcılığına nifrət etməsi barədə bəyanatı ilə bağlıdır. Fəallar qeyd ediblər ki, rejissor "dağıdıcı mövqeyinə" baxmayaraq, Rusiya büdcəsindən 590 milyon rubl (11 milyon 508 min 734 manat) alıb.

Bundan əvvəl Dövlət Dumasının deputatı Dmitri Qusev mədəniyyət naziri Olqa Lyubimovaya Sarik Andreasyanın filmlərinin maliyyələşdirilməsini dayandırmaq təklifi ilə müraciət edib.(publika.az)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
12
1
Demokratikmusavat.com

8Mənbələr