Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Qarşılaşma Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.