AZ

Bahar Muradova BMT rəsmisi ilə görüşdü

BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar Agentliyinin icraçı direktorunun müavini Kirsi Madi ilə görüşüb.

Publika.az xəbər verir ki, komitə sədri BMT agentliyi ilə əməkdaşlıqdan məmnun olduğunu bildirərək dünyada gedən bütün proseslərlə bağlı qadınların əməkdaşlığına və birgə işləməsinə böyük ehtiyac olduğunu deyib. O bildirib ki, Azərbaycanın COP 29-a sədrlik etdiyi vaxt gender mövzusu geniş şəkildə müzakirə olunub və ilk dəfə bu çərçivədə “gender günü” elan edilib. Həmin gün müxtəlif formatlarda görüşlər və konfrans baş tutub və Bahar Muradova bu baxımdan əməkdaşlığa görə BMT Qadınıar Agentliyinə təşəkkür edib. O, bu addımıarın COP 30 dövründə də atılmasının vacibliyini qeyd edərək agentliyə bu istiqamətdə birgə işləməyi təklif edib.

Komitə sədri həmçinin qadınların iqtisadi cəhətdən güclənməsi sahəsində də layihələrin icrasının faydalı olacağını deyib. Bahar Muradova Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə “smart kənd” və “smart şəhər”lərin salındığını bildirib. Komitə sədri əlavə edib ki, bu baxımdan qadınların orada gedən yeni həyat tərzinə uyğunlaşmasında birgə əməkdaşlıq mümkündür.

BMT-nin Qadınlar Agentliyinin icraçı direktorunun müavini Kirsi Madi COP29-u yüksək səviyyədə və uğurla keçirməsi münasibətilə Aəzrbaycanı təbrik edib. O, COP30 çərçivəsində əməkdaşlığın davam etdirilməsinə müsbət yanaşdıqlarını bildirib.

Seçilən
34
publika.az

1Mənbələr