AZ

Qaçırıldığı deyilən məktəbli qızla bağlı - Açıqlama + Yenilənib

Goranboy rayonunda məktəbli qız itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, 9-cu sinif şagirdi 15 yaşlı Z. B-nın itkin düşməsi barədə yerli hüquq mühafizə orqanı əməkdaşları məlumatlandırılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Məktəbli qızın evlənmək məqsədilə qaçırıldığı iddia olunur.

Yunis Quliyev

***

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi qaçırıldığı deyilən 9-cu sinif şagirdi ilə bağlı məlumat yayıb.

Qurumdan APA-ya bildirilib ki, sözügedən şagird 3 dərsdə iştirak etsə də, lakin 4-cü dərsdən məktəbi tərk edib:

“Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib”.

Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Seçilən
52
6
qafqazinfo.az

10Mənbələr