AZ

ABŞ Ukraynaya yeni raketlər verəcək - Foto

ABŞ Ukraynaya ATACMS raketləri əvəzinə uzaqmənzilli GLSDB raketlərinin tədarükünü bərpa etmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Sursat Ukraynanın analoji mənzilli ATACMS taktiki raket sistemlərinin ehtiyatlarının tükənməsi ilə bağlı xəbərlər fonunda gələcək”, - nəşr bildirib.

Qeyd olunub ki, 150 km məsafədəki hədəfləri vura bilən GLSDB-lər daha yaxşı əks-elektron əks-tədbir sistemləri üçün təkmilləşdirilib.

Agentliyin məlumatına görə, Ukrayna ordusu yaxın gələcəkdə GLSDB-dən istifadə edə biləcəkə

O da bildirilib ki, Ukrayna Silahlı Qüvvələri sonuncu dəfə bu silahdan bir neçə ay əvvəl istifadə edib.

Xatırladaq ki, Ukrayna ABŞ-nin göndərdiyi bütün “ATACMS” uzaqmənzilli raketləri istifadə edib. Amerikanın göndərdiyi 40 belə raket yanvarın sonunda artıq tükənib.


Seçilən
16
3
qafqazinfo.az

4Mənbələr