AZ

Media: Bəzi Fransa həbsxanalarında dustaq sayı normadan 2 dəfə çoxdur

Bakı, 14 mart, AZƏRTAC

Fransada həbsxanada olanların sayı rekord həddə çatıb.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Fevralın 1-nə olan məlumata görə, Fransanın cəzaçəkmə müəssisələrində 81 599 nəfər saxlanılır. Normativə görə ölkə həbsxanalarının tutumu 62363 yerdir.

Penitensiar müəssisələrdə ümumi sıxlıq 130,8 faizdir. 18 həbsxanada sıxlıq 200 faizi ötüb. İstintaq təcridxanalarında isə bu göstərici 159 faizdir. Bundan başqa, ölkədə 17 181 nəfər elektron qolbaq tətbiq edilməklə ev dustağıdır.

Avropa Şurasının 2024-cü ildəki hesabatında göstərilir ki, Penitensiar müəssisələrdəki sıxlığa görə Fransa qitədə yalnız Kipr və Rumıniyadan geri qalır. Qısamüddətli cəzaların qadağan edilməsi və ya icbari işlə əvəzlənməsi də vəziyyəti dəyişməyib.

Seçilən
11
3
azertag.az

4Mənbələr