"Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır".
Milli.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, boşanmalara səbəb olaraq əsasən tərəflərin xasiyyətlərinin uyuşmaması əsas gətirilir, amma təcrübə daha dərin problemlərin olduğunu göstərir:"Ona görə də ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və bu yaxınlarda Milli Məclisə təqdim olunacaq".
Şöbə müdiri Aliment Fondunun yaradılmasının vacibliyini vurğulayıb. "Qanunvericilik sərtləşdirilsə də, borcluların 70 faizindən çoxu işsiz, gəliri olmayanlardır. Ona görə də Aliment Fondunun yaradılması vacibdir", - o qeyd edib.
Asya
Milli.Az