AZ

Fransa Putinin Ukrayna ilə bağlı bəyanatını yüksək qiymətləndirir » AzadMedia.az


Rusiya prezidenti Vladimir Putinin Ukraynada atəşkəslə bağlı bəyanatı münaqişənin həlli üzrə real danışıqların başlanğıcını simvollaşdırır. Rusiya liderinin sözlərini Fransanın Silahlı Qüvvələri naziri Sebastyan Lekornu “France 2” telekanalının efirində belə qiymətləndirib.
“Atəşkəsə aparan hər şey ancaq alqışlana bilər”. Biz görürük ki, real danışıqlar başlayır. "Biz Vaşinqton və Moskva arasında açıq-aydın baş tutacaq müzakirə və danışıqlar qarşısındayıq", - Lekornu vurğulayıb.
Nazir qeyd edib ki, münaqişənin həlli üzrə danışıqlar Rusiya, Ukrayna və Avropa ölkələri arasında aparılmalıdır, çünki bu, “Avropa qitəsinin təhlükəsizlik arxitekturasına aid” məsələləri əhatə edir.
Seçilən
6
1
azadmedia.az

2Mənbələr