AZ

Böyük Britaniya Baş naziri Kir Starmer "NHS England" qurumunu ləğv edir

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer, səhiyyə sistemindəgenişmiqyaslı islahatların aparılacağını elan edərək, "NHS England"qurumunun ləğv ediləcəyini açıqlayıb.

Trend BBC-yəistinadən xəbər verir ki, bu addım bürokratiyanı azaltmaq, səhiyyəxidmətlərini daha səmərəli idarə etmək və hökumətin birbaşanəzarətini gücləndirmək məqsədi daşıyır.

Starmerin sözlərinə görə, hazırkı səhiyyə idarəetmə sistemihəddindən artıq yüklənib və effektivliyini itirib. Hökumət "NHSEngland"ın ağır bürokratik mexanizmlərə malik olduğunu və şəffafhesabatlılıq sisteminin olmadığını əsas gətirərək, radikal strukturdəyişikliklərinə ehtiyac duyulduğunu bildirir.

"NHS England", 2012-ci ildə Mühafizəkarlar və LiberalDemokratlar koalisiyası dövründə yaradılmış və Milli SəhiyyəXidmətinin (NHS) idarəçiliyi və maliyyələşdirilməsinə cavabdeh olanmüstəqil qurumdur. Lakin yeni hökumət bu qurumun çoxsaylıbürokratik maneələr yaratdığını və hökumətə birbaşa hesabatvermədiyini iddia edərək, ləğv edilməsinə qərar verib. Yenisistemdə səhiyyənin idarəçiliyi birbaşa hökumət nəzarətinə keçəcəkvə daha mərkəzləşdirilmiş model tətbiq ediləcək.

Hökumət yaxın günlərdə islahatların detalları və səhiyyəsisteminə təsirləri barədə əlavə açıqlamalar verəcəyinibildirib.

Seçilən
6
az.trend.az

1Mənbələr