AZ

Türkiyə regionda sülhün təmin olunması üçün lazım olan hər şeyi edir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın regionda sülhün yaxınlaşdırılmasına töhfə verəcək addımlar atmaq niyyətində olduğunu bəyan edib. SİA xəbər verir ki, Ankarada "Beştepe" Konqres Mərkəzində çıxış edən Türkiyə dövlət başçısı vurğulayıb ki, Ankara "regionda və onun hüdudlarından kənarda sülhün, ədalətin və sabitliyin təmin edilməsi" məsələsində qətiyyətlidir.

Ərdoğanın sözlərinə görə, Türkiyə ədalətsizliyi aradan qaldırmağa və dost ölkələrə təzyiqlərin qarşısını almağa çalışır. "Bizə harada ehtiyac varsa, oradayıq. Türkiyəni ziddiyyətlərin həlli mərkəzinə çevirmək yolunda qətiyyətlə irəliləyirik", - deyə Prezident bildirib.

Dövlət başçısı, həmçinin, Türkiyədə xeyriyyə həftəsinin təsis edildiyini elan edib. Bu çərçivədə hər il 13-20 mart tarixlərində çoxsaylı humanitar aksilara təşkil olunacaq.

Seçilən
10
sia.az

1Mənbələr