ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə dialoqu bərpa etmək istədiyini bildirib.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu bəyanatlar Ağ Evdə keçirilən mətbuat konfransında səsləndirilib.
“Mən seçilməsəydim, Hillari Klinton [2016-cı ildə ABŞ prezidenti kimi] seçilsəydi, Şimali Koreya ilə nüvə müharibəsi baş verərdi”, – Tramp deyib.
Tramp əlavə edib ki, o, bundan əvvəl Koreya lideri ilə Sinqapur və Vyetnamda görüşüb. Onlar yaxşı şəxsi münasibətlər qurublar. ABŞ lideri Pxenyanla dialoqu davam etdirmək istəyir.
//Gülnarə Abasova, Editor.az