AZ

Yaren leylək gecikir: Balıqçı onun yolunu gözləyir

Hekayələri filmlərə mövzu olan balıqçı Adəm Yılmazla Yaren leylək bu il hələ görüşməyib. Yaren leyləyin indiyədək gəlib çıxmaması Adəm Yılmazı narahat edir. Balıqçı Adəm leyləyin yaşı ilə bağlı köçdə problem yarana biləcəyini düşünür.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, baharın müjdəçisi leyləklərin hazırda Afrikadan Anadolu, Balkanlar və Avropa ölkələrindəki yuvalarına köç səyahəti başlayıb. Mart ayının əvvəlindən bu yana minlərlə leylək Hatay Belen aşırımından İstanbula köç edərək Anadoluya daxil olurlar, amma onların arasında illərdir balıqçı Adəm Yılmazla dostluq edən Yaren leylək yoxdur. Əvvəlki illərdə ən tez 26 fevral, ən gec martın 15-də Bursa Karacabəydə yuvasına çatan və hər il balıqçı Adəm Yılmazın qayığındakı görüntüləriylə məşhurlaşan Yaren leyləyin bu il gec gəlməsi narahatlıq doğurub. Yaren leyləyin gəlişini və "Adəm dayı" ilə hekayəsini 14 ildir bütün dünyaya elan edən təbiət mühafizəçisi Alpər Tüydeş, gələn hər leylək sürüsündə Yaren leyləyi gözlədiklərini bildirib. Adəm Yılmaz və milyonlarla pərəstişkarının Yaren leyləyi gözlədiyini ifadə edən Alpər Tüydeş, “Yaren 14 ildir o yuvadan istifadə edir. Yetkinlik yaşına çatmaq üçün 4 il lazım olduğundan, Yarenin ən azı 18-19 yaşında olduğunu təxmin edirik. Ancaq daha çox ola biləcəyi ehtimalı var. Mütəxəssislər deyirlər ki, indiki şəraitdə leyləklərin orta ömrü 15 ildir. “Beləliklə, hər payızda Yarenlə vidalaşdıqca, “Gələn il qayıdacaqmı?” narahatlığımız daha da artır”, deyib.
Seçilən
11
sherg.az

1Mənbələr