AZ

Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır - Volkan Bozkır (FOTO) (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Qlobal Bakı Forumu həmişə görkəmli siyasətçiləri, biznesnümayəndələrini və parlamentariləri bir araya gətirir və bu ilforumun keçirilməsi dünya tarixinin xüsusilə mühüm mərhələlərinətəsadüf edir.

Bunu Trend-əözəl müsahibəsində BMT Baş Assambleyasının 75-ci sessiyasınınprezidenti, Türkiyənin keçmiş Avropa İttifaqı işləri naziri VolkanBozkır deyib.

"Forum on ildən artıqdır ki, Azərbaycan tərəfindən yaradılıb vəildən-ilə onun əhəmiyyəti artır, iştirakçıların sayı artır. Onunçərçivəsində dünyanın müxtəlif ölkələrində də digər görüşlərkeçirilir: Nyu-Yorkda, Mərakeşdə, Cenevrədə, Portuqaliyada,Səudiyyə Ərəbistanında, Çində", - o bildirib.\

Volkan Bozkır vurğulayıb ki, forumun təşkilatçısı olan NizamiGəncəvi Beynəlxalq Mərkəzi əməkdaşlıq etmək istəyində olan bir çoxbeynəlxalq təşkilatlar tərəfindən böyük maraq doğurur.

"Qlobal Forum böyük iş görür və Azərbaycan üçün dəyərlisərvətdir. Bu gün bu cür tədbirlər geniş auditoriyaya çatdığına vəfikir mübadiləsinə imkan verdiyinə görə mövqeyimizi dünyaictimaiyyətinə çatdırmağın ən təsirli yollarından biridir".

Forumun əhəmiyyətindən danışan Volkan Bozkır milli və beynəlxalqsəviyyədə böyük təcrübəyə malik iştirakçıların öz fikirlərini ifadəetmək, müzakirə etmək və bəlkə də cari qlobal proseslərlə bağlıortaq anlayışa gəlmək imkanına malik olduğunu vurğulayıb.

“Biz gözlənilən və gözlənilməyən çoxlu hadisələrin şahidi oluruqvə bu forum bizə baş verənlərə kollektiv qiymət verməyə imkanverir”, o əlavə edib.

Volkan Bozkır həmçinin forumda keçiriləcək görüşlərin, panelmüzakirələrinin və çıxışların günümüzün qlobal çağırışlarının dahadərindən dərk edilməsinə töhfə verəcəyinə əminliyini ifadəedib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Qlobal
Qlobal
Qlobal
Seçilən
46
50
az.trend.az

10Mənbələr