Nyu-Yorkun "Comex" birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qiymətli metal Bakı vaxtı ilə saat 00:59-da ilk dəfə olaraq bir troy unsiyası üçün 3001,5 dollara çatıb. Agentlik qeyd edib ki, artım 1,86% təşkil edib.
Fevralın 20-də "Comex" birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiymətinin 1 troy unsiyası üçün 2970 dollardan yuxarı qalxdığı və tarixi maksimumunu yenilədiyi bildirildi.