AZ

BMT-nin İşçi Qrupu Ruben Vardanyan işi ilə bağlı Ermənistanın iddialarını rədd edib

Bakı. Trend:

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçiQrupu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyində(A/HRC/WGAD/2024/46) Ermənistanın Ruben Vardanyanın ifadə azadlığıvə siyasi fəaliyyətinə görə həbs edildiyi barədə iddialarını rəddedib.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyi məlumat yayıb.

Rəydə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan tərəfindənterrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlıbirləşmələrin yaradılması, eləcə də genişmiqyaslı dağıntılar vəinsan tələfatına səbəb olan cinayətlərdə ittiham olunur. Məhz busəbəbdən onun həbsi həyata keçirilib.

İşçi Qrup, həmçinin, Ermənistanın Vardanyanın öz hüquqlarınımüdafiə etməsi səbəbindən həbs olunduğu barədə iddialarını əsassızsayıb. Rəydə qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləqhüquqlar deyil və milli təhlükəsizlik və ictimai asayişin qorunmasıməqsədilə məhdudlaşdırıla bilər. İşçi Qrupun gəldiyi nəticəyəəsasən, Vardanyanın əməlləri milli təhlükəsizliyə təhdid kimiqiymətləndirilə bilər.

Eyni zamanda, Ermənistan tərəfinin təqsirsizlik prezumpsiyasınınpozulması və Vardanyanın müdafiə hüquqlarının məhdudlaşdırılmasıbarədə iddiaları da rədd olunub. İşçi Qrup qeyd edib ki, onun həbsiəsaslı şübhələr əsasında həyata keçirilib və məhkəmə prosedurlarıbeynəlxalq standartlara tam uyğundur.

Ümumilikdə, BMT İşçi Qrupunun rəyi Ermənistanın RubenVardanyanın əsassız həbs edilməsi ilə bağlı irəli sürdüyüiddiaların və Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasınıntamamilə əsassız olduğunu bir daha təsdiqləyib. Bu, eyni zamanda,Ermənistanın beynəlxalq hüquq normalarını manipulyasiya etməkcəhdinin növbəti dəfə uğursuzluğa düçar olduğunu göstərib.

Seçilən
6
7
az.trend.az

8Mənbələr