AZ

ABŞ-da sərnişin təyyarəsi yanıb

ABŞ-ın Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında “American Airlines”a məxsus “Boeing 737-800” sərnişin təyyarəsində yanğın baş verib.

İki sahil” xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) sərnişinlərin təhlükəsiz şəkildə təxliyyəsi üçün şişmə slaydlardan istifadə edildiyini açıqlayıb. Agentlik hadisənin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

FAA-nın məlumatına görə, təyyarə Kolorado-Sprinqsdən havaya qalxaraq Texas ştatının Dallas Fort Uort beynəlxalq hava limanına doğru hərəkət edib. Lakin ekipajın "mühərrikin titrəməsi" xəbərindən sonra təyyarə yerli vaxtla saat 17:15-də Denverə enib.

Bildirilib ki, təyyarə eniş etdikdən sonra uçuş-enmə zolağında irəliləyərkən alovlanıb. “American Airlines” təyyarənin göyərtəsində altı ekipaj üzvü də daxil olmaqla 172 sərnişinin olduğunu və hər kəsin təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib.

Hava limanının sözçüsü Maykl Konopasek terminalda bəzi insanların tüstü və alov müşahidə etdiyini bildirib. O, yanğının qısa müddətdə söndürüldüyünü və digər reyslərdə gecikmə yaratmadığını bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
6
1
ikisahil.az

2Mənbələr