Bakının bir çox yollarında tıxac müşahidə edilir.
Publika.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;