Bakı. Trend:
Bu gün görkəmli diplomat, “Baku Network” ekspert platformasınınilk rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun 70 yaşıtamam olacaqdı.
Elxan Ələsgərov görkəmli azərbaycanlı, ölkəsinin vətənpərvərinsanı, Vətənə xidmət borcuna və vəzifəsinə sadiq zabitidir. ElxanƏləsgərov öz böyük həyat yoluna məhz bu Vətənə xidmət missiyası iləbaşlayıb və ömrünün son günlərinədək fədakarcasına vəpafosdankənar, səmimi qəlblə sevdiyi Azərbaycanın rifahı üçünçalışıb. Onun həyatının hər bir mərhələsi və addımı bunu təsdiqedir. O, kəşfiyyat və diplomatiya sahəsində xidmət etdiyi, elm vəinformasiya istiqamətindəki fəaliyyəti müddətində əldə etdiyibilikləri və qiymətsiz həyat təcrübəsini cəmiyyətə ərmağanedib.
Elxan Ələsgərov 14 mart 1955-ci ildə Bakı şəhərində doğulub.
1972-ci ildə 150 nömrəli şəhər orta məktəbini bitirib. Alitəhsilini Azərbaycan Texniki Universitetində rabitə mühəndisiixtisası üzrə alıb. "Azon" Elmi-Tədqiqat İnstitutunda və AzərbaycanRespublikasının təhlükəsizlik orqanlarında çalışıb. 1987-ci ildə"Drujba" Cəmiyyətində xarici ölkələrlə mədəni əlaqələr üzrə sədrmüavini, 1988-ci iıdə isə "Vətən" Cəmiyyətində xarici ölkələrləmədəni əlaqələr üzrə sədr müavini olaraq çalışıb. Elxan Ələsgərov IQarabağ müharibəsinin iştirakçısı olub, polkovnik hərbi rütbəsidaşıyıb.
2000-2015-ci illərdə dəfələrlə Xarici İşlər Nazirliyinin xəttiilə xarici ölkələrə uzunmüddətli ezamiyyətlərə göndərilib.
2000-2006-cı illərdə Azərbaycanın Ankaradakı səfirliyində,2008-2015-ci illərdə isə Azərbaycanın Haaqadakı səfirliyindədiplomat olaraq çalışıb.
Elxan Ələsgərov "Qafqaz Albaniyası" mərkəzinin və "Qafqaz"analitik mərkəzinin təsisçisi olub.
Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimaiBirliyinin və Yazıçılar İttifaqının üzvü olub. İki kitabın və200-dən çox məqalənin müəllifidir.
Azərbaycanda "Əli və Nino" romanı ilə bağlı aparılmış ilk elmitədqiqata görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmidərəcəsinə layiq görülüb.
5 yanvar 2021-ci ildə Elxan Ələsgərov koronavirusdan dünyasınıdəyişib.
Elxan Ələsgərov Azərbaycanın yaddaşında böyük vətənpərvər olaraqqalacaq. O Zəfər Yürüşünü görə bilməsə də, Şuşa və Kəlbəcərin,Füzuli və Ağdamın geri alınmasını gördü. Bu, daima və hər yerdə özölkəsinin maraqlarını müdafiə edən zabit, alim, jurnalist, tarixçi,diplomat üçün ən gözəl mükafat və son hədiyyədir.