Paytaxtın Vnukovo və Kaluqadakı Qrabtsevo hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib: Vnukovo - Moskva vaxtı ilə saat 06:13-dən, Kaluqa - Moskva vaxtı ilə saat 05:25-dən. Hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir”, - mesajda deyilir.
Həmçinin martın 13-dən 14-nə keçən gecə Saratov və Soçi hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib və götürülüb.
Cavid