AZ

“Zirə”nin futbolçusu “Lokomotiv” yolunda

“Zirə”nin futbolçusu Salifu Suma karyerasını Rusiyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Moskva “Lokomotiv”i 21 yaşlı vingerin keçidini tamamlamaq niyyətindədir. Bu barədə “AfricaFoot” portalı məlumat yayıb. Rusiya klubu Suma üçün “Zirə”nin tələb etdiyi 800 min avronu ödəməyə hazırdır.

Suma bu mövsüm Premyer Liqada 24 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Seçilən
15
1
futbolpress.az

2Mənbələr