AZ

Putin Trampın nümayəndəsi ilə görüşdən İMTİNA ETDİ – VİDEO

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvadan uçub.

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Nəşrin yayımladığı videoda diplomatın kortejinin Moskvanın Vnukovo hava limanına daxil olduğunu görmək mümkündür.
 

Qeyd edək ki, dünən Uitkoff ABŞ-ın Moskvadakı səfirliyinə gələrək 1 saatdan çox Putinlə görüşü gözləyib. Lakin görüşlə bağlı onu hər hansı “siqnal” verilməyib. 


Xatırladaq ki, Rusiya liderinin köməkçisi Yuri Uşakov daha əvvəl qeyd etmişdi ki, Prezident Uitkoff ilə danışıqlara başlayacağı barədə siqnal verəndə, onu Kremlə çağıracaqlar və o, prezidentlə görüşəcək.


Bizim.Media

Seçilən
21
1
bizim.media

2Mənbələr