Bu gün Misli Premyer Liqasında 27-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Mərdəkanda baş tutacaq.
Günün yeganə qarşılaşmasında "Araz-Naxçıvan" "Şamaxı"nı qonaq edəcək.
Komandaların son oyunlardakı nəticələri azarkeşləri gərgin mübarizənin gözlədiyini deməyə əsas verir. Elmar Baxşıyevin komandası son 6 turda qələbəyə həsrətdirsə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv fərqli trayektoriya ilə diqqət çəkib. "Şamaxı" son 5 oyundan cəmi 1-də uduzub, əvəzində 3 qələbə qazanıb, 1 heç-heçə edib. Xüsusilə son 2 turdakı qalibiyyətlər komandanın turnir mövqeyini xeyli yaxşılaşdırıb. "Araz-Naxçıvan" 46 xalla 3-cü, "Şamaxı" 27 xalla 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, tura 16 martda yekun vurulacaq.
Misli Premyer Liqası
27-ci tur
14 mart
19:00. "Araz-Naxçıvan" – "Şamaxı"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov, Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. Liv Bona Dea Arena.