AZ

Moskvaya PUA hücumu olub

Rusiya paytaxtına PUA hücumu olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu səhər Moskva vilayətində üç pilotsuz uçuş aparatı vurulub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, iki PUA Balaşixa rayonu üzərində, biri isə Leninski rayonunun Yujnaya Bitsa mikrorayonunda məhv edilib. Ölən və yaralananlar olmayıb.

Moskvanın qərbində dronun qalıqları yaşayış binasının damına çırpılıb. Fövqəladə hallar xidmətindən bildirib. Moskvanın Rezervnıy proezdində (Kutuzovski prospekti ərazisində) yaşayış binasının dam örtüyü zədələnib və binanın sakinləri “partlayış” səsi eşitdiklərini bildiriblər.

Daha bir PUA-nın qalıqları isə Yeni Moskvadakı kottec kompleksində şəxsi evin üzərinə düşüb.

Seçilən
12
2
apa.az

3Mənbələr