AZ

Türkiyənin əhalisi yaşlanır

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, son 5 ildə yaşlı əhalinin ümumi əhali içindəki nisbəti 9,1 faizdən 10,6 faizə yüksəlib. 2024-cü ildə yaşlı əhalinin 44,6 faizini kişilər, 55,4 faizini isə qadınlar təşkil edib.

Hafta.az-ın yazdığına görə, demoqrafik göstəricilərdə mövcud strukturun davam edəcəyini nəzərdə tutan əhali proqnozlarının əsas ssenarisinə görə, yaşlı əhalinin nisbətinin 2030-cu ildə 13,5 faiz, 2040-cı ildə 17,9 faiz, 2060-cı ildə 27,0 faiz, 2080-ci ildə 33,4 faiz olacağı proqnozlaşdırılır.

Yaşlı əhali yaş qrupu üzrə araşdırıldığında 2019-cu ildə bu qrupdan əhalinin 62,8 faizini 65-74 yaş, 28,2 faizini 75-84 yaş, 9,1 faizini isə 85 və yuxarı yaşda, 2024-cü ildə isə 63,4 faizinin 65-84 yaşda, 7,8 faizinin isə 75-84 yaşda olacağı gözlənilir. Yaşlı əhalinin 0,1 faizini təşkil edən 100 və yuxarı yaşlıların sayı 2024-cü ildə 7632 nəfər olub.

BMT-nin hesablamalarına görə, 2024-cü il üçün dünya əhalisinin 8 milyard 161 milyon 972 min 573 nəfər, yaşlı əhalinin isə 833 milyon 480 min 764 nəfər olduğu təxmin edilib. Bu hesablamalara görə, yaşlı əhali dünya əhalisinin 10,2 faizini təşkil edir. Yaşlı əhali nisbətinin ən yüksək olduğu ilk üç ölkə müvafiq olaraq 36,2 faizlə Monako, 29,8 faizlə Yaponiya və 24,6 faizlə İtaliya olub. Türkiyə 194 ölkə arasında 75-ci yerdə qərarlaşıb.

Seçilən
4
hafta.az

1Mənbələr