Bu gecə KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin "Kavalyers" və "İnter Mayami" komandaları arasında cavab oyunu keçirilib.
Publika.az xəbər verir ki, görüş floridalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "İnter"in heyətində Luis Suares və Lionel Messi hərəyə bir qol vurub.
İlk oyunda rəqibinə qalib gələn (2:1) Mayami klubu növbəti mərhələyə vəsiqə qazanıb. 1/4 finalda komanda ABŞ-nin digər təmsilçisi "Los Anceles"lə qarşılaşacaq.