İsrail Qəzzada atəşkəs başlayandan bəri hər gün üç fələstinlini öldürür. Manset.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumatı yayıb. İsrail qüvvələri atəşkəs razılaşmasına baxmayaraq Qəzzaya hər gün hücumlarını davam etdirir. Yanvarın 19-da atəşkəs razılaşmasının qüvvəyə mindiyi vaxtdan bəri İsrail qüvvələri hər 24 saatda orta hesabla üç nəfər olmaqla ən azı 150 fələstinlini öldürüb və daha 605 nəfəri yaralayıb. Yanvarın ortalarında İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-da qüvvəyə minən atəşkəs haqqında razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb və onun çərçivəsində 42 gün ərzində 33 girov İsrailə qaytarılıb. Martın 2-də İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və HƏMAS-ın ABŞ-ın xüsusi elçisi Steven Witkoff-un anklavda atəşkəs danışıqlarını davam etdirmək planını qəbul etməkdən imtina etməsi ilə əlaqədar bütün keçidləri bağlayıb.