Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O qeyd edib ki, həmişəki kimi, altıncı, bazar günləri də sənəd qəbulu olmayacaq.
"Hazırda Həcc ziyarətinə sənəd qəbulu davam edir. Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib.
Hazırda kvota 75% dolub. Sənəd qəbulu aprelin əvvəlinə qədər davam edəcək", - o bildirib.