İngiltərədə qohumu Cuvan Saaiman adlı 2 yaşlı körpəni öpdükdən sonra uşağın gözündə infeksiya yaranıb.
"Cebheinfo.az" xəbər verirki, qısa müddətdə körpənin gözü qızarıb və şişib.
Daha sonra körpənin sol gözündə herpes virusu aşkarlanıb.
Virus Cuvanın gözlərinin qabarmasına və buynuz qişasında dəlik əmələ gəlməsinə səbəb olub.
Yara böyüdükcə körpənin sol gözü görmə qabiliyyətini tamamilə itirib.
Həkimlər Cuvanın gözünü qorumaq üçün onun göz qapaqlarını tikiblər.
Cuvanın anası Mişel Saaiman bildirib ki, övladının görmə qabiliyyətini bərpa etməsi üçün sinir və buynuz qişası nəqli lazımdır.