AZ

Türkiyə ötən il G20-də ən sürətlə böyüyən ölkə olub

Yazını böyüt
Yazını kiçilt

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) G20 ölkələrinin 2024-cü ilin son rübü üçün artım məlumatlarını açıqlayıb. Müvafiq olaraq, G20 iqtisadiyyatları orta hesabla 0,9 faiz artım qeyd edib. Halbuki siyahıda 1,7 faiz artımla Türkiyə birinci olub.

Hafta.az-ın yazdığına görə, Türkiyəni 1,6 faiz artımla Çin və Hindistan izləyib, İndoneziya isə 1,2 faiz artımla dördüncü olub. Eyni dövrdə ABŞ iqtisadiyyatı 0,6 faiz artıb, Avropa İttifaqı ölkələrində isə artım sürəti 0,4 faiz səviyyəsində qalıb. Böyük Britaniyada artım 0,1 faiz olub.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada 0,2 faiz, Fransada isə 0,1 faiz daralma qeydə alınıb. Meksika iqtisadiyyatı da 2024-cü ilin son rübündə 0,6 faiz kiçilib.

OECD-nin illik artım proqnozlarına görə, G20 ölkələri 2024-cü ildə ümumilikdə 3,2 faiz artıb. Bu nisbət 2023-cü ildəki 3,4 faiz səviyyəsindən aşağı qalıb.

Hindistan 2024-cü ildə 6,7 faiz artımla G20-də ən yüksək artım sürətinə malik ölkə olub. Çin və İndoneziya 5 faiz, Türkiyə iqtisadiyyatı isə illik 3,2 faiz artıb.

Seçilən
4
hafta.az

1Mənbələr