AZ

Mourinyo ulduz futbolçunu heyətdən qovdu -

“Fənərbaxça”da məşqçi Joze Mourinyo ilə futbolçu Allan Saint Maximin arasında gərginlik baş verib. Metbuat.az xəbər verir ki, Mourinyo futbolçunu "Reyncers" matçı üçün heyətə daxil etməməsinin gərginliklə bağlı olduğu bildirilir. Futbolçunun gərginliklə bağlı sosial mediadakı paylaşımı diqqət çəkib. O, “Məni yıxmaq üçün bundan daha çox şey lazım olacaq. Yalanlar liftə minəndə, həqiqət pilləkənlərlə qalxır. Həqiqət gec də olsa həmişə qalib olur. Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?" - deyə yazıb. Mourinyo futbolçunun paylaşımına biganə qalmayıb. Məşqçi, “Maksiminin şeirdə istedadlı olduğunu bilmirdim. Futbolçu yaxşı məşq etmirsə, gec gəlirsə və matça hazır deyilsə, qalxmaq üçün liftə ehtiyac duyar. Çünki pilləkənlərdə çox tez yorular” - deyə qeyd edib.

Allan Saint Maximin isə Joze Mourinyonun yalan danışdığını irəli sürüb.

Seçilən
1
metbuat.az

1Mənbələr