"Real Madrid"in müdafiəçisi Ferlan Mendinin zədəsinin son vəziyyəti açıqlanıb.
"Real Madrid"in müdafiəçisi Ferlan Mendi Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab oyununda (0:1, 4:2 - penaltilərlə) zədələnib.
Operativ Media klubub mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı fransalıya sol ayağının bud nahiyəsindən zədə diaqnozu qoyulub.
Jurnalist Arantxa Rodriguez Mendinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını iddia edir.
Müdafiəçi bu mövsüm 30 oyunda 2 məhsuldar ötürmə edib.